Yeni icra başçısı Vüqar Zeynalov kimdir? Dosye

Xəbər veridyimiz kimi Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Vüqar Teyyub oğlu ZeynalovSəbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
XALQ.AZ xəbər verir ki, Vüqar Zeynalov bundan öncə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Vüqar Teyyub oğlu Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.
Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifələrini icra edib.
2012-2015-ci illərdə o, Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Ailəlidir, bir övladı var.
Orxan