Yeni iPhone telefonları neçəyə satılacaq?

XALQ,AZ xəbər verir ki,  ən bahalı iPhone artıq iPhone X olmayacaq!

Apple şirkəti böyük ümidlərlə bazara çıxarılan iPhone X flaqmanından gözlədiyini tam əldə edə bilmədi. Məhsulun yüksək qiymətlə bazara çıxarılması da tənqidlərə məruz qalmışdı. Hətta şirkətin məhsullarının qiymətini azaltmaq üçün təchizatçı şirkət Samsung ilə danışıqlara başladığı da deyilir. Amma ən bahalı iPhone modellərinin 2018-ci ildə gələcəyi barədə iddialar səslənir.

UBS analitikləri Steven Milunoviç və Benjamin Uilson tərəfindən bəyan edilən proqnozlara əsasən, orta satış qiymətləri analizlərinə görə, Apple şirkətinin 2018-ci il yeni modelləri 1100 dollara satışa çıxarıla bilər. Hələ üstəlik vergiləri və rüsumları da bu qiymətə əlavə etsək, qiymətin hara qədər qalxa biləcəyini siz təxmin edin. Hesabatda bildirilir ki, yeni iPhone qiyməti baha olduğundan gözlənilən səviyyədə alıcı tapmaya bilər.

Ən keyfiyyətli smartfonlara sahib olmaq üçün çəkilən xərclər baxımından bu cihazlara pul xərcləyə bilən və bilməyən insanlar arasındakı boşluq isə getdikcə genişlənir. Bu mənada, 2018-ci ildə daha bahalı iPhone modelləri qiymət baxımından seçici davranan insanları bu innovasiyalardan uzaq tutacaq. Bahalı iPhone modellərinin qiymətini sabit saxlamaq məqsədilə Apple-ın ötən ilki iPhone ES kimi daha ucuz alternativləri bazara çıxaracağı proqnozlaşdırılır.
Analitiklərin hesabatına əsasən, Apple belə bir strategiya ilə çıxış edəcək:

  • Qiymət əyrisini aşağı salmaq üçün ekran ölçüsü, kamera və başqa xüsusiyyətlərin aşağı olduğu telefonları da təqdim etmək;
  • Premium müştəriləri daha yüksək qiymətlər olan qiymət əyrisinə cəlb etməklə, daha bahalı məhsulları onlara sata bilmək;
  • Bir tərəfdən yeni xüsusiyyətlərə sahib yüksək qiymətli məhsullar dəsti yaratmaq, digər tərəfdən isə köhnə cihazları ilə ucuz məhsul bazarlarına daxil olmaq;

Ehtimallara əsasən, 6.5 düym OLED iPhone 1100 dollar, 5.8 düym OLED iPhone 999 dollar və 6.1 düym LCD iPhone 700-800 dollar aralığında satışa çıxarılacaq. iPhone SE 350 dollar qiymətilə satılır və modelin də qiymətinin 300 dollara qədər azalacağı qeyd edilir. Hətta yeni nəsil SE modelləri də təqdim edilə bilər.

 

 

Elgün