Yeni nazir müşaviri kimdir? – Dosye

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.
XALQ.AZ  xəbər verir ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci il sentyabrın 27-də Azərbaycan SSR-in Gəncə şəhərində ziyalı ailəsində doğulub.
1987-ci ildə 4 saylı Gəncə şəhər orta məktəbinə daxil olmuş, 1991-ci ildə 5 saylı Gəncə şəhər orta məktəbinə, 1995-ci ildə isə 12 saylı Gəncə şəhər orta məktəbinə keçmiş və 1996-cı ildə həmin məktəbdən məzun olub.
1996—2000-ci illərdə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində, “Beynəlxalq Hüquq” ixtisası üzrə, 2000—2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk Dili” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb.
2001—2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi Hüquq” ixtisası üzrə magistratura pilləsini bitirib.
2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu aspirant olaraq daxil olmuş, 2009-cu ildə “12.00.03 – mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə “Bazar iqtisadiyyatına keçid dövründə sığorta müqavilələrinin mülki-hüquqi tənzimlənməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004-cü ildən Standard Insurance sığorta şirkətində baş hüquqşünas olaraq fəaliyyətə başlamış, 2005-2010-cu illərdə şirkətin Hüquq və Sığorta Hadisələri Departamentinə rəhbərlik etmişdir. 2010-2011-ci illərdə İdarə Heyətinin üzvü olmuş, 2011-2014-cü illərdə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində fəaliyyət göstərmişdir.[8][9][10][11] 2011 – 2014-cü illərdə Standard İnsurance Georgia Sığorta Şirkətinin  Müşahidə şurasının üzvü vəzifəsində fəaliyyət göstərmişdir. 2014-2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində fəaliyyət göstərib.
Bununla bərabər 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və İdarəetmə” kafedrasında müəllimdir.
2015-ci ildən 2018-ci ilədək Caspian European Clubun İdarə Heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və Gömrük Komitəsinin sədri, klubun Baş Direktoru vəzifələrində çalışıb.
2016-cı ilin aprel ayından 2018-ci ilədək Beyli Group şirkətinin Baş Direktoru, 2018-ci ilin yanvar ayından Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.
2002–2003-cü illərdə Azərbaycanlı tələbələrin Türkiyədəki təhsil məsələləri üzrə təmsilçisi olaraq fəaliyyət göstərib.
2008-2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri vəzifəsində çalışıb.
2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının, 2010-cü ildən isə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.
2014-cü ildən Layf Xeyriyyə İctimai Birliyinin Himayəçilər Şurasının sədridir.
50-dən çox elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3-ünün isə həmmüəllifidir.
Orxan