Yeni səfir təyinatı

Polşa Azərbaycana yeni səfir təyin edib.
XALQ.AZ-ın əldə etdiyi məlumata görə, Polşanın Azərbaycandakı yeni səfiri Rafal Poborski olacaq.
Səfirin payızın əvvəlində Azərbaycana gəlməsi gözlənilir.
Qeyd edək ki, Rafal Poborski 1976-cı ildə Varşavada anadan olub. O, Varşava Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. R. Poborski rus, ingilis və ispan dillərini bilir. Hazırda o, Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentində direktor müavini vəzifəsini icra edir.

Yeganə