Yerə ən çox bənzəyən planet kəşf edildi

Planet

Elm aləmində inqilabi kəşf edilib. Xalq.az-ın məlumatına görə, alimlər ilk dəfə olaraq dünya ilə eyni ölçüdə və yaşamaq üçün şəraitin ola biləcəyi planeti müşahidə etdiklərini açıqlayıblar.
NASA-nın “planet ovçusu” adlandırlan teleskopu Kepler-in tapdığı planet yerdən 500 işıq ili uzaqlıqdadır. O öz ulduzuna yerləşdiyi məsafəyə görə, “yaşanıla bilər bölgə” siyahısına daxil olub.
Yəni planetin səhti nə çox isti, nə də çox soyuqdur. Səhtində dəniz və okeanların da yer aldığı düşünülən planet “Kepler-186f” adlandırılıb. “Kepler-186f” bir çox özəlliyi ilə dünyanı xatırladır.

Bu planet “Kepler-186” ulduzunun ətrafında fırlanan 5 planetdən biridir. Kepler-186 ulduzu Günəşin yarısı ölçüsündədir.
Planetin səhtinin dağlıq və qayalıq olduğu güman edilir. Planet öz ulduzu ətrafında dönüşünü 130 gündə tamamlayır.

Qeyd edək ki, 2009-cu ildə kosmosa çıxarılan Kepler kosmik teleskopu 961 planeti müşahidə edib.