Yerin qabığının sirri açıldı

Yer qabigi

Amerika geoloqları Yerin qabığının tarixi barədə son illərdə formalaşmış ehtimalları təsdiqləyiblər.

Xalq.az-ın məlumatına görə, geoloqlar təsdiq ediblər ki, Yerin qabığı planetin yaranmasının ilk mərhələsində formalaşıb və onun 4,4 milyard yaşı var. Bu təxminən Günəş sisteminin formalaşdığı dövrlərə uyğun gəlir. Alimlərin bu nəticələri “Nature Geoscience” jurnalında dərc etdirilib.

“Bu cür nəticələr Yerdə həyat üçün yararlı olan şəraitin yaradılması barədə bizim təsəvvürlərimizi təsdiq edir. Bu kəşf həmçinin Günəş sistemindən kənarda həyatın yarana biləcəyi Yerə bənzər planetlərin necə formalaşmasını anlamaqda bizə yardımçı olur”, – deyə Amerikanın Viskonsin ştatının Medisonedəki universitetinin əməkdaşı Con Velli bildirir.