Yevlax şəhərində seçicilərlə zirvə görüşü keçirilib

07

 

Yeni Azərbaycan Partiyası  Yevlax rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində prezidentliyə  namizəd cənab İlham Əliyevin  təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində minlərlə rayon sakinlərinin iştirakı ilə möhtəşəm mitinq-konsert keçirilib. Görüşdə YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və Milli Məclisin komitə sədri Əli Hüseynli iştirak edib.Tədbirin sonunda tanınmış sənətçilər konsert proqramı ilə çıxış ediblər.