Yevlaxda qəbul keçirilmir?

 

45

Qoca Səmədov iki aydır vətəndaşları qəbul etmir.

Bildiyiniz kimi ölkə başçısı regionların sosial inkişafı üçün hər il dövlət büdcəsindən və Prezidentin ehtiyyat fondundan  lazımi vəsait ayırır. Yevlax rayonunun inkişafı üçün də kifayət qədər pul ayrılsa da həmin pulların necə xərclənməsi bilinmir. Yevlax   rəsmilərinin dediyinə görə rayonun mərkəzi və kənd yolları  guya əsaslı təmir olunub. Düzdür mərkəzi yollar kosmetik təmir olunsada, kənd yollarında heç bir təmir işləri aparılması müşəhidə olunmur. Ancaq müşahidələr göstərir ki, heç mərkəzdədə  əsaslı təmirdən heç bir söhbət gedə bilməz, cünki sadəcə kosmetik təmir olunub. Bunlardan əlavə sakinlərin problemləri artıq pik həddə çatmışdır.

XALQ.AZ-ın əldə etdiyi məlumata görə Yevlax   rayon İcra  Hakimiyyətinin başçısı  Qoca Səmədov  artıq 2 aydır ki, vətəndaşlarla qəbul keçirtmir,qəbula gələn kənd sakinləri isə  icra nümayəndələrinə yönləndirilir.  İcra nümayədələridə  kənd sakinlərini aldadaraq verilən ərizələrin baxılması üçün zaman tələb olunduğunu bildirilər. Rayon sakinlərin problemlər olduğu kimi qalır. Yevlax  rayonunda isə problemlər çoxdur ki, bu da vətəndaşların  haqlı narazılığına səbəb olur.Belə ki, rayonda sosial yardımlar düzgün ayrılmır, abadlıq işləri zəif aparılır,məmurlar vətəndaşların şikayətlərinə məhəl qoymur. Başqa bir məlumatda bildirilir ki, icra başçısı Qoca Səmədov sahibkarlara və  fermerlərdən  ayliq vergidən əlavə ödəniş verilməsini tələb edir. Bu hadisə artıq fermerlərin narazılığına səbəb olub və  Prezidentə şikayət etməyi planlaşdırırlar.

Ölkə başçısı öz çıxışlarında hər zaman sahibkarlara və fermerlərə lazimi şəraitin yaradılmasından, onlara hər cür dövlət tərəfindən köməklik göstərilməsini bildirir. Lakin Qoca Səmədov    rayonu  öz təbilincə idarə etməyi lazım bilir .

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…