Yevlaxda qaraçıların yaraladığı polis bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Yevlax rayonunun “Qaraçı məhəllə”sində baş verən insidentlə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan XALQ.AZ-a verilən məlumatda qeyd olunub ki, ictimai asayişi pozan şəxslər tərəfindən daşla xəsarət yetirilən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı hələ də xəstəxanada müalicə alır. Hazırda onun vəziyyəti qənaətbəxşdir. 

Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi və giriş-çıxışa məhdudiyyət qoyulduğuYevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. 

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.