Yevlaxda yeni tədris ilinə hazırlıq

 55

Yevlaxda I sinif şagirdləri pulla məktəbə qəbul edilir

Təhsil şöbəsinin müdiri Raquf Mirzəyev məktəb direktorlarına bununla bağlı tapşırıq verib

Yevlax rayonunda biabırçı vəziyyət yaranır. Bu barədə XALQ.AZ-a verilən məlumata görə, rayon təhsil şöbəsinin müdiri Raquf Mirzəyev bütün orta məktəb direktorlarına tapşırıq verib ki, bu il dərsə gedəcək birinci sinif şagirdlərinin valideynləri ilə ümumi «dil» tapsınlar.

Məlumatdar vurğulanır ki, direktorlar da öz növbələrində validyenlərlə danışaraq, onların uşaqlarını daha yaxşı sinifə salacaqları və digər müxtəlif bəhanələrlə onlardan pul qopararaq, yığıb Raquf Mirzəyevə çatdırırlar. Amma problem təkcə bu deyil. Mirzəyev indidən məktəbli geyimindən tutmuş, güdləik və dəftər satışına qədər hər şeylə məşğul olmağa başlayıb. Üstəlik, direktorlardan əlavə pul yığmağa da start verib. Bu barədə yaxın günlərdə. Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq