Yığmamız 24-cü yerdə qərar tutdu

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında dördüncü yarış günü arxada qalıb.

XALQ.AZ-ın məlumatına görə, iyunun 24-də 14 dəst medal sahibini tapıb.

Azərbaycan yığması günü üç medalla başa vurub. Hər üç mükafatı cüdo yığmamızın üzvləri qazanıblar. Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc mükafat əldə ediblər.

Bununla da Azərbaycan yığmasının qazandığı medalların sayı 11-ə çatıb. Hesabında 4 gümüş və 7 bürünc medal olan millimiz Avropa Oyunlarının medal siyahısında 24-cüdür.

Ümumilikdə isə 4 gün ərzində 76 dəst medal sahibini tapıb. Rusiya yığması cədvələ başçılıq edir. 48 medalı olan şimallıları meydan sahibləri izləyir. 3-cü sırada isə Gürcüstan qərarlaşıb.

Qeyd edək ki, Minsk-2019-da 35 ölkənin idmançıları medal qazanıblar. Çempion adına isə 23 ölkədən olan atletlər yiyələniblər.

 

yer ölkə qızıl gümüş bürünc cəmi
1 Rusiya 22 12 14 48
2 Belarus 11 9 18 38
3 Gürcüstan 6 5 9 20
4 Ukrayna 5 7 6 18
5 İtaliya 5 4 3 12
6 Fransa 5 0 5 10
7 İsrail 3 3 0 6
8 Belçika 3 1 1 5
9 Sloveniya 2 0 1 3
10 Hollandiya 1 5 2 8
11 Bolqarıstan 1 4 4 9
12 Çexiya 1 2 3 6
12 Portuqaliya 1 2 3 6
14 Böyük Britaniya 1 2 2 5
15 İspaniya 1 1 4 6
16 Rumıniya 1 1 3 5
17 Serbiya 1 1 2 4
18 Ermənistan 1 1 1 3
18 Kosovo 1 1 1 3
20 Türkiyə 1 0 2 3
21 Xorvatiya 1 0 1 2
21 İsveç 1 0 1 2
23 Polşa 1 0 0 1
24 Azərbaycan 0 4 7 11
25 Latviya 0 3 2 5
26 Yunanıstan 0 2 3 5
27 Estoniya 0 2 0 2
28 Moldova 0 1 2 3
29 Bosniya və Herseqovina 0 1 0 1
29 İsveçrə 0 1 0 1
29 Slovakiya 0 1 0 1
32 Almaniya 0 0 3 3
33 Avstriya 0 0 2 2
33 Macarıstan 0 0 2 2
35 Danimarka 0 0 1 1
  Cəmi 76 76 108 260

 

Yeganə