Yılmaz Okuklu beynəlxalq mükafata layiq görüldü-Foto-Video

Elm, Sənaye və Texnologiya Naziri Faruk Özlü: “Biz bir bütün olaraq, xüsusilə Türk Respublikaları, Türk Dövlətləri olaraq bütün Avrasiyanın və bütün dünyanın vicdanı olmaq məcburiyyətindəyik.” “Bizi bu prosesdə gələcəyə aparacaq ən mühüm alətimiz, heç şübhəsiz, elm və texnologiyadır. Perspektivimiz yerli və milli hədəflərimiz qlobaldır!”

ANKARA “Elm, Sənaye və Texnologiya Naziri Faruk Özlü,” Türk Respublikaları, Türk Dövlətləri olaraq bütün Avrasiyanın və bütün dünyanın vicdanı olmaq məcburiyyətindəyik. Bizi bu prosesdə gələcəyə aparacaq ən mühüm alətimiz, heç şübhəsiz, elm və texnologiyadır. Perspektivimiz yerli və milli hədəflərimiz qlobaldır”, deyə çıxışında bildirib.

Milli Kitabxana Konfrans Zalında Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən təşkil olunan 2018-ci Beynelxalq Avrasiya Xidmət Mükafatları Mərasimi, Bilim Sənaye və Texnologiya naziri Faruk Özlü, Makedoniya Respublikası Dövlət Naziri Professor Doktor Adnan Kahil, Prezident Başdanışmanı Yalçın Topçu, EkoAvrasiya İdarə Heyətinin Sədri Hikmet Eren, EkoAvrasya sədr yardımcısı Kemal Kurnaz, Azərbaycanlı iş adamı Okuklu Holding rəhbəri Yılmaz Okuklu və bir çox ölkələrin Türkiyədəki səfirlərinin iştirakı ilə həyata keçirilib.

Nazir Faruk Özlü, açılışda etdiyi çıxışında, qeyri-hökumət təşkilatlarının qərar vermə proseslərinin və lobbiçilik fəaliyyətlərinin ən mühüm halqasını təşkil etdiyini bildirərək, bu mükafat mərasiminin iqtisadi və sosial inkişafı dəstəkləyən, Türkiyənin xaricdə daha çox görünür olmasını təmin edən işlərdən biri olduğunu , Türkiyənin yerləşdiyi coğrafiyanın, yalnız bu gün deyil, əsrlər boyu dünyaya istiqamət çəkən ən strateji region olduğunu, hemçinin Türkiyə Avrasiya məkanının mərkəzidir deyə vurğulayıb.

EkoAvrasiya İdarə Heyətinin Sədri Hikmet Eren Avrasiya İqtisadi Münasibətlər Dərnəyi (EkoAvrasiya), Türkiyə ilə Avrasiya ölkələri arasında yaxşı niyyət və dostluq mühitinin inkişafına töhfə verən və bu barədə ictimaiyyət təşkil edən şəxs, qurum və təşkilatlara veriləcək mükafatların müəyyən etmə prosesinin aylar öncəsindən başladığını ifade edib.

“Avrasiya Xidmət Mükafatlarını” ənənəvi hala gətirməyi hədəf seçən, Türkiyənin beynəlxalq təqdimatında böyük əhəmiyyət kəsb edən dövlət diplomatiyası fəaliyyətlərini müstəqil davam etdirməkdə qərarlı olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyi, Türkiyənin 2023 Perspektivinə olan inamı ilə “Güclü və İstehsal Edən Türkiyə” yolunda layihələr heyata keçirdiklerini, bununla yanaşı məruzə və kitablar nəşr etdirdiklerini bidirib.

Prezident “Başdanışmanı Yalçın Topçu da postmodern çevriliş adlandırılan 28 Fevrala toxunaraq, bunu edənlərin millətin qara tarixinin qara səhifəsində qara hərflərlə işləndiyini bildirib. Topçu, 28 Fevral çevrilişini xatırladaraq, keçmiş baş nazirlərdən Nəcməddin Erbakan ilə Böyük Birlik Partiyasının Qurucu Ümumi Başçısı Muhsin Yazıcıoğlunu rəhmətlə anıb.

TürkSilahlı Qüvvələri tərəfindən aparılan Zeytun Dalı Əməliyyatına dair də Topçu, bu fikirlərini bölüşüb:

“Görülməmiş bir hərəkat hazırda həyata keçirilir. Bütün dünyaya elan edirik. Bizim kimsənin bir qarış torpağında gözümüz yoxdur və qardaşlarımızın yaşadığı məkanın ərazi bütövlüyünü də sona qədər təqib edir və müdafiə edirik. Birləşmiş Millətlər deyilən bir təşkilat var. Bu təşkilat bizim mədəniyyət coğrafiyamızda bütün soyqırımlara göz bağlayıb tamaşaçı olaraq qaldı. Hər şeyin fərqindəyik, Bizim ulu babalarımız Dardaneldə Sakaryada Selanik Mustafa bir dastan yazdı. Bu gün Allahın izni ilə bizlər Rizə Rəcəb Tayyib Ərdoğanın arxasında dastan yazacağıq”.

Azərbaycanlı iş adamı Okuklu Holding rəhbəri Yılmaz Okuklu- “İstər Dağlıq Qarabağda, istər Türkiyənin ayrı-ayrı bölgələrində türk toplumuna qarşı sərgilənən haqsız mövqe, torpaqlarımıza edilən müdaxilələr türk toplumunu qaçılmaz bir haqq mücadiləsinə sövq etmişdir. Okuklu Holdinq olaraq “Zeytun dalı hərəkatına” sözlə, şüarla başlatdığımız dəstəyi maddi və mənəvi dəstəklə davam etdirəcəyik”. O eyni zamanda, “Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.” deyə qeyd edib.
Çıxışlar başa çatdıqdan sonra, Nazir Faruk Özlüyə Qazaxıstan kaftanı hədiyyə edilib.

Mərasimdə Avrasiya iqtisadiyyatına töhfələrindən dolayı , Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Makedoniya Xarici İnvestisiyalardan Üzrə Dövlət Naziri Kahil, Kosova Parlamentinden Müferra Şinik, Türkiye Cümhuriyyəti Kişinyev sefiri Hulusi Kılıç, Azerbaycanlı iş adamı Okuklu Holding rəhbəri Yılmaz Okuklu, Keçiörən Bələdiyyə sədri Mustafa Ak,Beynelxalq Türkiyə-Ukraniya İşadamları Dərnəyi(TUİD) ilə yanaşı bir çox səfir, ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatı nümayəndəsi, jurnalist, iş adamı və sənətçi mükafata layiq görülüb.

28 Fevral 2018-ci il tarixində Ankara Milli Kitabxana Konfrans Zalında keçirilən “Avrasiya Xidmət Mükafatları Mərasimi”ndə 26 nəfər- idarə və təşkilata mükafatları təqdim edilib.