Yol Polisi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən XALQ.AZ-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, yanvarın 2-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Bununla əlaqədar olaraq yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən diqqətli olsunlar, sürət həddini şəraitinə uyğun seçsinlər. Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlamasını nəzərə alaraq, belə hava şəraitində kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər.

Həmçinin piyadalar da hava şəraitinin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər. Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edirik.

XALQ.AZ