“Youtube” azərbaycanlı müğənninin klipinə “18+” yaş həddi təyin etdi – VİDEO

“Narmeen” səhnə adı altında çıxış edən gənc müğənni Nərmin Behbudovanın yeni klipi qalmaqala səbəb olub.

XALQ.AZ xəbər verir ki, “YouTube” videohostinqi Nərminin açıq-saçıq ekran işinə senzura tətbiq edib.

İfaçı məsələyə belə aydınlıq gətirib:

“Sirr” klipimə yaş həddi qoyan “YouTube”un nümayəndələri  ilə 10 gün ərzində yazışdım. Klipdə açıq-saçıq səhnələr olduğu üçün ona “18+” senzurası tətbiq edilib.

Müğənni bildirib ki, “YouTube” nümayəndələrinə müraciətlərində onlardan klipi bir neçə dəfə nəzərdən keçirməyi və digər videolarla müqayisə etməyi xahiş etsə də,  onlar fikirlərindən dönməyiblər.

“O vaxt nə edəcəyimizi bilmirdik, amma klipi yenidən montaj etməyi fikirləşdik. Yeni görüntülər çəkdik və əsas səhnələrdən birini dəyişdirdik, sonra videonu yenidən şəbəkəyə yüklədik”, – Nərmin qeyd edib.

“Sirr” klipinin yenidən işlənmiş versiyasında aşağıda göstərilən kadrlara görə “YouTube” videoya yaş həddi qoyub.

Orxan