Yüksək humanist idealları, xeyirxah əməlləri özündə təcəssüm etdirən Mehriban xanım Əliyeva

Bu gün Azərbaycan qadını dedikdə ilk növbədə gözümüzün önünə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yunesko və İsesko-nun xoşməramlı səfiri, xeyirxah insan Mehriban xanım Əliyevanın surəti canlanır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədaqətli həyat yoldaşı, siyasi silahdaşı və ən yaxın tərəfdaşı olan Mehriban xanım müasir Azərbaycanın tarixində xüsisi rolu olan böyük şəxsiyyətdir. O, Azərbaycanın Tomris, Sara Xatun, Nigar xanım, Həcər xanım kimi adlarını tarixə əbədi həkk etdirmiş məşhur qadın siyasətçilərinin davamçısı, xalqın sevimlisidir.
Həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın fəaliyyəti ora nüfuz etməsin.
İlk növbədə Mehriban xanım gözəl anadır, ailə ocağının parlaq ulduzu kimi layiqli övladlar yetişdirməkdə müstəsna xidmətlərə malikdir.
Mehriban xanım dünya şöhrətli, tanınmış ictimai-siyasi xadimdir.
Mehriban xanım xeyirxah, yaradıcı və qurucu insandır.
Heydər Əliyev Fondunun prezidenti kimi uzun illərdir ki, ölkənin ictimai, iqtisadi və siyasi həyatına böyük töhfələr verən Mehriban Əliyevanın xeyirxahlıq missiyası elə bil Uca Tanrı tərəfindən ona verilmiş vergidir.
Əhalinin rifah halının yüksəldilməsi və yüz minlərlə qaçqın və köçkünlərin problemlərinin həlli, şəhid və müharibə veteranları ailələrinə hərtərəfli qayğı, Azərbaycan mədəniyyəti və incəsənətinin tarixi ənənələrinin yaşadılması, idmana və idmançılara, yaşlılara və uşaqlara xüsusi dəstək və həssas münasibət, beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq Mehriban xanımın həyat kredosudur, çoxşaxəli fəaliyyətinin prioritet istiqamatləridir.
Bu nəcib insan öz həyat tərzi, sadə və ünsiyyətcil davranışı ilə xalqımızın ürəyində özünə qala qurmuş və onun böyük rəğbətini qazanmışdır.
Bu əlamətdar gündə Mehriban xanıma möhkəm cansağlığı, ailəsinə xoşbəxtlik, dövlətçiliyimiz üçün çox gərəkli fəaliyyətində yeni-yeni uğurlar və tükənməz həyat enerjisi arzulayıram.

Rüfət Quliyev

Milli Məclisin deputatı,
i.e.d., Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru