Yüksək vəzifəli məmur işdən çıxarıldı

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini işdən çıxarıb.

XALQ.AZ xəbər verir ki, Muxtar Babayev nazirliyin strukturuna daxil olan Dövlət Ekspertiza idarəsinin rəisi Azər Aslanovu tutduğu vəzifədən azad edib.

Sözügedən vəzifənin icrası müvəqqəti olaraq onun müavini Mübariz Əliyevə tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbəri təsdiqləyiblər.

 

 

Orxan