Yüksək vəzifəli şəxsin ayaqları tutulub, yeriyə bilmir

“Çəkim artıq olduğu üçün həkimlər məni əməliyyat etməkdən imtina etdi”.
XALQ.AZ xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında “Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov səhhəti ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.
O, ayaqlarının tutulduğunu, yerimə qabiliyyətini itirdiyini və hazırda ev şəraitində müalicə aldığını bildirib.
Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidentidir.
Azərbaycanda yüksək vəzifəli şəxsin ayaqları tutulub, yeriyə bilmir
Orxan