“Yüksəliş” müsabiqəsinə qeydiyyat başa çatıb

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb. 

XALQ.AZ xəbər verir ki, ötən ilin dekabrın 27-dən başlayan mərhələ bu il fevralın 2-də tamamlanıb. 

Bu müddətdə 11 760 nəfər qeydiyyatdan keçib, onlardan 9 775 nəfər müsabiqəyə qəbul edilib.

Xatırladaq ki, qeydiyyat mərhələsi ərzində müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, bölgələrdəki şəxslərin müsabiqədə qeydiyyatdan keçmələrinə dəstək olmaq məqsədilə yanvarın 21-31-i tarixlərində “Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.