Yuliya Timoşenko azadlığa çıxır

Yulya Tima

Ukrayna Ali Radasında sabiq baş nazir Yuliya Timoşenkonun sərbəst buraxılmasına icazə verən qanunun qəbul olunması səsverməyə çıxarılıb.
Xalq.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, parlamentdə 310 deputat qanunun qəbul olunmasının lehinə səs verib. Bundan sonra parlamentdə keçirilən sessiya bağlı elan edilib.

Qeyd edək ki, sabiq baş nazir 2011-ci ildə Ukrayna və Rusiya arasında qaz sazişinin imzalanması zamanı vəzifəsindən sui-istifadə etdiyi üçün 7 il azadlıqdan məhrum edilmişdi.