Yunanıstana qaçarkən saxlanıldılar – Azərbaycanlılar da var

Türkiyə vasitəsi ilə Yunanıstana qaçmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
XALQ.AZ xəbər verir ki, Türkiyənin Edirnenin Ənəz mahalının Gülçavuş kəndi yaxınlığında, qeyri-qanuni yollarla iki rezin gəmi ilə Yunanıstana keçməyə çalışan 6-sı uşaq, 5-i qadın olmaqla ümumilikdə 37 immiqrant, sahil təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Türkiyə vaxtı ilə dünən saat 07: 20 radələrində sahil təhlükəsizlik qüvvələri tərəfindən rezin qayıqla Yunanıstana keçmək istəyən 23 Əfqanıstan, 11 İran, 3 Azərbaycanlı (26 kişi, 5 qadın, 6 uşaq) tutulub
Onlar Edirne Miqrasiya İdarəsinə gətiriliblər.

Yeganə