Yürüşlə bağlı saxta məlumat paylaşanlar saxlanıldı

hebs

Qazaxda sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XALQ.AZ-a verilən məlumata görə, iyul ayının 12-dən etibarən düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Qazax rayon ərazisində yürüş keçiriləciyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.

Araşdırmalarla məlum olub ki, rayon sakinləri Ş. Almazova və Kamal Əliyev müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib, profilaktiki söhətlər aparılaraq ciddi xəbərdarlıq edilib.