Yüzlərlə tələbənin təhsil haqlarını dövlət ödəyəcək

Ödənişli əsaslarla oxuyan, amma təhsil haqqını ödəməkdə çətinlik çəkən bəzi tələbələrin təhsil haqları dövlət hesabına ödəniləcək.
Dövlət büdcəsi vəsaiti hesabına Gənclər Fondu tərəfindən təhsil haqları maliyyələşdiriləcək gənclər müsabiqə əsasında seçiləcək.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun sözlərinə görə, bununla bağlı müraciətlərin qəbulu yay aylarında başlayacaq.
Fərid Cəfərov bildirib ki, ötən il müvafiq proqramla bağlı fonda 724 müraciət daxil olub. Seçim əsasında 237 tələbənin təhsil haqqı ödənilib. İcraçı direktor deyib ki, müraciətlər daxil olduqdan sonra tələbənin vəziyyəti araşdırılır, onunla bağlı ali məktəblərdən məlumatlar toplanır. Gözlənilir ki, bu il daha çox tələbənin təhsil haqqı ödəniləcək. Tələbələr seçilərkən bir sıra meyarlar nəzərə alınacaq, daha çox sosial müdafiəyə ehtiyacı olan gənclərə üstünlük veriləcək
Bundan əlavə, Gənclər Fondu xaricdə təhsil proqramı üzrə maliyyələşdirməni həyata keçirə bilər.
Bu arada, Gənclər Fondunun Müşahidə Şurasının cari ildə ilk iclası keçirilib. İclasda şuranın gündəliyi müzakirə edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.