Zərdabda imza toplama kampaniyası

12 

Zərdablılar icra başçısının istefası üçün imzatoplama kamaniyasına başlayıblar

 

 

Xalq.az-a Lütvəli Babayev  bağlı ciddi məlumatlar daxil olub.Rayon rəhbərliyindən sakinlər kütləvi şəkildə narazılıq bildirir. Redaksiyamıza daxil olan məlumatlarda, Zərdab  rayonundan olan bir qrup sakin,sahibkarlar, fermerlər, eləcədə kənd əhalisi, rayonun icra başçısı Lütvəli Babayevə qarşı kampaniyaya başlandığı deyilir. Bu barədə rayondan verilən məlumata görə, qeyd olunur ki, həmin kampaniya Babayevin  istefası üçün imzaların toplanılmasını ehtiva edir. Məlumatda bildirilir ki, Zərdab rayonunda dözülməz vəziyyət yaranıb. Eyni zamanda, işsizlik və sosial problemlər, korrupsiya halları dəhşətli şəkil alıb. Kampaniya başladanlar vurğulayırlır ki, icra başçısı Lütvəli Babayev , aşkar talançılıq və insanların əlindəki son qəpiyi də almaq üçün çalışır. «İcra başçısı ancaq pul yığmaq haqqında fikirləşir. Rayonda vəziyyət dözülməzdir. Korrupsiya, rüşvət tüğyan edir. İnsanların sosial durumları dəhşətlidir. Bu şəkildə davam edə bilməz. İmza toplayaraq Prezidentə göndərəcəyik ki, Lütvəli Babayevi əvəzləsin». Yayılan məlumatlarda o da bildirilir ki, Lütvəli Babayevin  idarəçiliyi bu vəziyyətdə  əhalini ayağa qaldırmağa yönəldir. Mənbənin dediyinə əsasən Lütvəli Babayevlə bağlı artıq şikayətlərlə bağlı yoxlamalara başlanılıb.

 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq