Zərdablılar İlhamlı gələcəyə səs verəcəklər

XALQ.AZ xəbər verir ki, Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı rayonunun təhsil işçiləri ilə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək son 15 ildə Prezident İlham Əliyevin siyasəti nəticəsində qazanılan uğurlardan danışıb. P.Mahmudova dvlətimizin apardığı daxili iqtisadi siyasət nəticəsində vətəndaşlarımıza xüsusi diqqət və qayğı göstərildiyini, onların həyat şəraitinin yaxşılaşdığını söyləyib. Rayon təşkilatının sədri bu illər ərzində əldə olunmuş nailiyyətləri növbəti 7 il ərzində daha da inkişaf etdirmək üçün seçiciləri Cnab İlham Əliyevin namizədliyini dəstəkləməyə, seçki məntəqələrinə gələrək Ona səs verməyə çağırıb.

Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvü, Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında qeyd edib ki, cənab İlham Əliyev ölkəmizin, xalqımızın inkişaf və tərəqqisi üçün misilsiz fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində O, xalqımızın sonsuz sevgisini, inamını qazanıb. “Ona görə də, əminliklə deyə bilərik ki, 11 aprel tarixi Azərbaycan millətinin və dövlətinin zəfər günü olacaq”.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova və Mübariz Umarov Zərdablı seçiciləri hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak etməyə, xalqımızı nurlu sabahlara aparan Ulu öndərin bəşəri ideyalarını uğurla davam etdirən cənab İlham Əliyevə səs verməyə çağırıblar. Həsən Abulov, Rüxsarə Eminova, Sədiyar Xəlilov, Lalə Əmrəliyeva təhsil işçiləri adından çıxış edərək, 11 aprel 2018-ci il tarixində hamılıqla bütün sahələrdə, o cümlədən təhsil sahəsində qazanılan uğurların daha da inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

 

 

Elgün