Zəvvarların ilk qrupu Azərbaycana qayıdıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb.

XALQ.AZ xəbər verir ki, ilk qrupu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İlk qrupda 180 zəvvar Bakıya qayıdıb.

Bu gün axşam saatlarında daha bir təyyarə reysinin yerinə yetirilməsi gözlənilir. Digər reyslər isə sabah və növbəti günə nəzərdə tutulur.

Bütün zəvvarların vətənə 25-ə qədər isə Azərbaycana qayıtmaları planlaşdırılır.

Bu gün daha bir təyyarə reysinin yerinə yetirilməsi gözlənilir. Digər reyslər isə sabah və növbəti günə nəzərdə tutulur.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/