Zəlzələ oldu

Yaponiyanın şimal-qərbində baş verən zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb.
XALQ.AZ-ın məlumatına görə, bu barədə “NHK” telekompaniyası xəbər verib.
Məlumata əsasən, Yamagata prefekturasında 6.7 bal gücündə zəlzələ dörd prefekturaya təsir göstərib.
Qeyd edək ki, yeraltı təkanlar 13 prefekturada hiss edilib.

Yeganə