Zərərli məhsullar yox edildi

Bu ilin birinci rübündə 1805 kq mal, qoyun, donuz və quş ətinin, iri və xırdabuynuzlu heyvanların 7248 kq daxili orqanlarının, 873 kq balığın, 17916 kq süd və süd məhsullarının və 4245 ədəd yumurtanın insan qidası üçün yararsız hesab olunaraq zərərsizləşdirilib.

XALQ,AZ xəbər verir ki, bu barədə  Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bazarlarda, kəsim sexlərində və ticarət mərkəzlərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində aşkar edilib.

Həmçinin, mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran və sağlamlığına dair heç bir sənədi olmayan 305 kq at əti Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarına əsasən insan qidası üçün yararsız hesab edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilib.

 

 

Elgün

 

 

Elgün