Zərdabda torpaq biznezi

12

 

Zərdabın  mərkəzində bir qarış torpaq qızıl qiymətinə olub

Zərdabın mərkəzində torpaq sahəsi qalmayıb. Xalq.az-a verilən məlumata görə, icra başçısı Lütvəli Babayev torpaq alverinə girişməsindən sonra rayon mərkəzində hal hazırda bir qarış ərazi tapmaq mümkün deyil.Sakinlərin bildirdiyinə görə, icra başçısı artıq Zərdabda torpaq saxlamayıb hamısını satıb. İddialara görə, Lütvəli Babayev Zərdabın mərkəzində torpaqları həddindən artıq baha qiymətə satdığından, onu alanların əksəriyyəti elə yerli məmurlar olublar. Hətta belə bir xəbər də dolaşır ki, sözügedən şəxs hazırda illərdən bəri dükan tikərək işlədən şəxslərin də torpaq sahələrini əllərindən almağa hazırlaşır. Üstəlik, o da deyilir ki, həmin dükanlar sökülərək, yerləri başqalarına satılacaq. Lütvəli Babayev artıq kəndlərdə belə torpağ satışına start verib. Bələdiyyə sədrləri ilə toplantı keçirərərk boş ərazilər haqqında yeni məlumat verilmısini tələb edib. Görünür Zərdabda  kənd əhalisinə verilən  pay torpaqlar belə satışa çıxarılacaq.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq