Zərdabın icra başçısından prezidentə şikayət edildi

98

Orada Lütfəli Babayevin rayonda dözülməz vəziyyət yaratdığından bəhs olunur 

Zərdabın icra başçısı Lütfəli Babayevdən prezidentə şikayət edilib. Rayonda bir müddətdir bununla bağlı danışıq aparmış vətəndaşlar düşdükləri ağır vəziyyət, icra başçısının Zərdabda dözülməz şərait yaratdıtından şikayətləniblər.

XALQ.AZ-a verilən məlumata görə, dövlət başçısına ünvanlanmış həmin məktubda 1000-ə yaxın rayon sakininin imzası olduğu da deyilir.

Məlumatda bildirilir ki, Lütfəli Babayevin hərəkətlərindən bezən zərdablılar başqa çıxış yolu görməyiblər. Onlar qeyd edirlər ki, rayonda sahibkarlara şəraitin yaradılmaması, fermerlərin incidilməsi, işsizliyin tüğyan etməsi, insanlara gündəlik dolanışıqlarını təmin etmək üçün heç bir şərait yaradılmaması birbaşa icra başçısının günahıdır. Çünki Babayevin qohumları bütün gəlirli sahələri ələ keçirməklə yanaşı, mütəmadi şəkildə camaatı incitməklə məşğuldur.

Zərdab əhli özünün şikayətində vurğulayırlar ki, yaranmış vəziyyətə artıq dözə bilmirlər və ali qurumlardan rayon rəhbərliyi ilə bağlı tədbir görülməsini istəyirlər.