Zəruri dərmanlar onlayn sifariş verməlidir – Operativ Qərargah

Sərt karantin günlərində vətəndaşlar zəruri dərmanlarını onlayn sifariş verməlidirlər.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ü.Mehdiyev qeyd edib ki, icazə sistemindən icazə alan apteklərin əlaqə nömrələri ictimaiyyətə açıqlanacaq:

“Vətəndaşların aptekə getməsi qadağandır. Biz vətəndaşlarımıza çağırış edirik ki, 2 günlük ehtiyaclarını, qida, su, dərman və s.ni əvvəlcədən alsınlar. Yəni onlayn apteklər o demək deyil ki, aidiyyatı olmayanda da o xidmətə müraciət edə bilərlər. Ötən praktikadan da məlum olduğu kimi vətəndaşlar bir çox hallarda zəruri, aidiyyatı olmayan hallarla bağlı müraciət edirdilər”.