Zahir Əzəmət “Yarpaq” açdı

“Qaynar-Media”nın təsisçiliyi ilə Yarpaq.Az – Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başlayıb.
XALQ.AZ  xəbər verir ki, saytın təsisçisi Zahir Əzəmətin bildirdiyinə görə, Yarpaq.Az 2007-2016-cı illərdə fəaliyyət göstərən populyar Kultaz.com portalının varisidir: “Tezliklə Kultaz.com-un arxivi də yeni sayta köçürüləcək. Əvvəlki saytımızda olduğu kimi, Yarpaq.az da kütləvi oxucuya yox, daha ciddi oxuculara və mədəni mühitə xitab edəcək. Sayt Azərbaycan və dünya ədəbi-mədəni yeniliklərini işıqlandırmaqla yanaşı, problematik məsələlərə də yer ayıracaq və müzakirələrə açıq olacaq”.
Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı