Zair Hüseynov Bakı metrosunun necə işləyəcəyindən danışdı

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 4 mart tarixində ölkədə xüsusi karantin rejimi elan edib. 29 martdan etibarən Bakı metrosunun məhdudiyyətlə çalışmasına qərar verilib. 31 martdan etibarən isə metronun fəaliyyəti tamamilə dayandırılıb.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bildirib.

Z.Hüseynov qeyd edib ki, keçən müddətdə metropolitendə əks-epidemik tədbirlər keçirilib. Qurum sədrinin sözlərinə görə, “Bakı Metropoliteni”nin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.

O deyib ki, tibbi maska olmadan metroya giriş qadağandır:

“Eyni zamanda yalnız icazəsi olan sərnişinlər metrodan iatifadə edə biləcək”.

Z.Hüseynov qeyd edib ki, “Bakı Metropoliteni” pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirəcək:

“Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir”.