Zakir Həsənov həmsədrlərlə görüşüb

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə qoşunların təmas xəttindəki son vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.

 

 

Orxan