Zakir Həsənov qazaxıstanlı həmkarına başsağlığı verdi

“Bu xəbər məni dərindən kədərləndirdi”.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Respublikasının müdafiə naziri, general-mayor Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığı mətnində bildirilir:

“Qardaş Qazaxıstan Respublikasının Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.