Zakir Həsənov siyahıyaalınma ilə bağlı tapşırıq verdi

zakir hesenov

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərinin icrası ilə bağlı oktyabr ayının 1-dən 10-dək ölkə ərazisində əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, bu prosesin icrası ilə əlaqədar Azərbaycan Ordusunda olan qapalı hərbi şəhərciklərdəki əhalinin siyahıya alınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub və qısa müddət ərzində hazırlıq işləri başa çatdırılıb.