Zakir Həsənov açılışda

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektinin açılışında iştirak edib.

XALQ.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir qərargah, matros yataqxanaları, tibb məntəqəsi, digər xidməti və inzibati otaqlara, eləcə də ərazidəki qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında qoyulan vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan yaradacaq.