Bakıda “ADEX-2018”açıldı -Fotolar

Bakıda “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayır.

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 29 ölkədən 224 şirkət iştirak edəcək.

Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıxov “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə baş çəkiblər.

XALQ.AZ xəbər verir ki, hərbi strukturun rəhbərləri sərgidəki müxtəlif stendlərlə tanış olublar.

Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov dövlət başçısının iştirakçılara müraciətini oxuyub.

Qeyd edək ki, bu gün Bakıda “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb.

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 29 ölkədən 224 şirkət iştirak edəcək.

 

Orxan