Zakir Həsənov: “Azərbaycan Ordusunun bütün uğurları…”

“Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk”.

“Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib”.

XALQ.AZ xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində keçirilən görüşdə şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq edərkən deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olub: “Bu gün şəxsi heyət Sizin orduya göstərdiyiniz diqqət və qayğını gündəlik həyatında hiss edir və Sizin etimadınızı doğrultmaq üçün hər an hər bir əmrinizi yerinə yetirməyə hazırdır və qadirdir”.

 

Orxan


Comments are closed.