Nazir kadr islahatlarına başladı-YENİLƏNİB

5

 

Müdafiə naziri köhnə generallar yeni kadrlarla əvəz edəcək

 

Müdafiə Nazirliyində ciddi kadr islahatına start verildi. Bu barədə Xalq.az-a daxil olan məlumata görə, yeni müdafiə naziri Zakir Həsənov bır sıra generallarla  və zabitlərlər görüş keçirib.Artıq bır sıra şöbələrə dəyişiklik edərək köhnə şöbə rəislərini yeniləri ilə əvəzləyib .Qeyd edək ki, general-polkovnik Zakir Həsənovun peşəkar hərbçi, islahatçı kadr olması Daxili Qoşunların intizamlı struktura çevrilməsilə nəticələnib. Məhz bu səbəbdən Zakir Həsənov müxtəlif təltiflərə layiq görülməklə yanaşı, general-polkovnik rütbəsinə qədər yüksələ bilib. Zakir Həsənov xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. 1998-ci ildə “Sərhəddə fərqlənməyə görə” medalı, 2002-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2004-cü ildə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Zakir Həsənovun islahata meyilli olması güman ki, müdafiən nazirliyindəki struktur dəyişikliyi olacaq.

 

Mövzü ilə bağlı yeni məlumatlar veriləcək

 

 


 

Xalq.az saytı səhər saatlarında oxucularımıza Müdafiə nazirinin islahatları ilə bağlı məlumat vermişdik.  Belə ki, Müdafiə nazirliyində bu gün keçirilən iclasda iki general istefaya göndərilib.Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Altay Mehdiyev vəzifəsindən kənarlaşdırılıb. Xalq.az  etibarlı mənbədən verilən məlumata görə Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi vəzifəsinə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrəyılov təyin edilib. Bundan əlavə Zakir Həsənov yeni  muavin təyin edib.Yeni nazir müavini və  Hərbi Hava Qüvvələrinin komandanı, vəzifəsinə general-mayor Ramiz Tahirova təyin edilib. R. Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb. Yeni təyinatlardan əlavə kadr islahatları, bir neçə şöbə rəisi,həmçinin müdafiə nazirliyinin tabeliyində olan qurumlarda deyişiklər olub.

 

Mövzü ilə bağlı yeni məlumatlar veriləcək