Zakir Həsənov silahlara baxış keçirdi (VİDEO)

Gürcüstanda səfərdə olan Azərbacanın müdafiə naziri Zakir Həsənov oranın istehsalı olan hərbi texnikalara baxış keçirib. XALQ.AZ-ın məlumatına görə, Z. Həsənov səfər zamanı Gürcüstanın “Delta” silah istehsalı müəssisəsinə baş çəkib və orada istehsal olunan müdafiə təyinatlı məhsullarla tanış olub.

Müəssisədə Azərbaycandan gələn nümayəndə heyəti üçün Gürcüstan istehsalı olan hərbi texnikaların nümayişi də keçirilib. Daha sonra Z. Həsənov Gürcüstan Müdafiə Nazirliyinin Milli Təhsil Mərkəzi olan “Krtsanisi”ə baş çəkib.

Qeyd edək ki, ötən gün Azərbacanın müdafiə naziri Zakir Həsənov Gürcüstana səfər edib. Z.Həsənov əvvəlcə Gürcüstanın müstəqilliyi uğurunda şəhid olan şəxslər üçün ucladılan abidəni ziyarət edib və əklil qoyub.

Daha sonra Zakir Həsənov Tiflisdə gürcüstanlı həmkarı İrakli Alasaniya ilə brifinq keçirib.
Z. Həsənov brifinq zamanı Azərbaycanın Gürcüstandan hərbi texnika satın alması məsələsinin mümkünlüyündən bəhs edib.
Bu gün Z.Həsənov İ.Alasaniya ilə birlikdə Batumiyə gedəcək.

Səfərin bu gün yekunlacağı bildirilir.