Zakir Qaralov vətəndaşları qəbul edəcək

 Baş prokuror Zakir Qaralovun Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinləri ilə avqustun 24-nə nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.
XALQ.AZ xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, qəbul avqustun 31-də saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.
Orxan