Zakir Qaralovdan rəis tayinatı

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

XALQ.AZ oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, Baş prokurorun köməkçisi Axundzadə Zaur Zahir oğlu Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.