Zaur Mirzə-zadə: “Ölkənin iqtisadi artımı qeyri-neft sektorunun hesabına formalaşıb”

Nazirlər Kabinetinin ­2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin giriş və yekun nitqlərindən, eləcə də digər çıxışlardan  görünür ki, respublikamız bütün göstəricilərdə artım tempini qoruyub saxlaya bilib.

Zaur Mirzə-zadə XALQ.AZ-a bilidrib ki,eyni zamanda, bu müddətdə ən müsbət məqamlarından biri ondan ibarətdir ki, iqtisadiyyatdakı artım qeyri-neft sektorunun hesabına formalaşıb. Bu isə ondan xəbər verir ki, qeyri-neft sektorundakı artım iqtisadiyyatdakı ümumi artımdan daha çoxdur. Qeyri-neft sektorundakı artımın genişləndirilməsi nəticə etibarı ilə neftdən asılılığın aradan qaldırılması baxımından çox vacibdir. İqtisadi diversifikasiyanın əsas səbəblərindən biri də inkişafın qeyri-neft sektoru hesabına formalaşmasıdır ki, bu da 2018-ci ilin doqquz ayında müşahidə edilib.
İclasda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarının uğurlu olduğunu, ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini deyən Prezident İlham Əliyev bu müddətdə ölkədə dinamik inkişafın təmin edildiyini vurğuladı. Bildirdi ki, respublikada sabitlik qorunur, möhkəmlənir və bunun təməlində xalq tərəfindən dəstəklənən siyasət dayanır. ­Hesabat dövründə ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını, qonşularla, həmçinin İslam ölkələri ilə əlaqələrin genişləndiyini deyən cənab İlham Əliyev Xəzər dənizinin iqtisadi statusuna dair Konvensiyanın əhəmiyyətini vurğuladı. Bu sənəddə Azərbaycanın milli maraqlarının tam təsbit olunduğunu diqqətə çatdırdı.
Avropa İttifaqı ilə Azərbaycan arsında tərəfdaşlıq prioritetləri sənədində və NATO-nun Zirvə görüşünün sonunda qəbul edilən Bəyannamədə ölkəmizin ərazi bütövlüyünə dəstəyin ifadə olunduğunu deyən  dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamızın mövqeyinin daha da gücləndiyini vurğuladı. Münaqişə ilə bağlı Azərbaycanın bundan sonra da prinsipial mövqedə qalacağını diqqətə çatdırdı.
Nazirlər Kabinetinin iclasında Azərbaycanın doqquz ay ərzində əldə edilən iqtisadi uğurları barədə də ətraflı danışıldı. Bu dövrdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsi nəticəsində  respublikamızın nəqliyyat-logistika qovşağına çevrildiyi, belə şaxələndirilmiş infrastrukturun ixracyönümlü və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafını daha da sürətləndirdiyi,  Azərbaycanın yeni “Azerspace-2” peykinin orbitə buraxıldığı, bunun dövlətimizin növbəti uğuru, respublikamızın həyatında unudulmaz tarixi hadisə kimi qeyd edildiyi, TANAP və TAP-ın uğurlu layihələr kimi respublikamızın siyasi, sosial-iqtisadi həyatında önəmli rol oynadığı xüsusi vurğulandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.