Zaur ona ev bağışlayan məşhur iş adamından danışdı – VİDEO

ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev iş adamının ona ev bağışlamasından söhbət açıb.

XALQ.AZ xəbər verir ki, sözügedən verilişdə qonaq olan parapsixoloq İlham Mirzəyevin Zaura ünvanladığı “Yeni evin mübarəkdir, özünə qismət” sözlərinə aparıcı belə reaksiya verib:

“Hər zamankı evimdir. Allah ona can sağlığı versin. Ölən günə qədər ona borcluyam”.

Qeyd edək ki, teleaparıcı Z.Baxşəliyev həmkarı Günay Baxşəliyeva ilə evlidir. Cütlüyün Dilavər adlı qız övladı var.