Zelenski prezidenti vəzifəsinin icrasına başladı

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi olub.

V.Zelenski and içdikdən sonra andiçmə mətnini imzalayıb və onu Konstitusiya Məhkəməsinin sədrinə təqdim edib. Sədr isə onun prezident vəzifəsinin icrasına başladığını elan edib.

Bundan sonra Vladimir Zelenski dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini alıb.