Zibil qutusundan uşaq meyidi tapıldı

58

Zibil yeşiyindən doğranmış körpə cəsədləri tapıldı

İlkin versiyaya görə, körpələr gizli həyata keçirilən abortun qurbanları olub

Moskvanın Balaşıxinski mikrorayonunda dəhşətli hadisənin üstü açılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mikrorayon məktəblərinin birinin yaxınlığında zibil yeşiyinə atılmış beş körpənin doğranmış bədənləri tapılıb.

Bununla bağlı Rusiya hüquq-mühafizə orqanlarında cinayət işi qaldırılıb və Moskva cinayətkarın həbs olunması üçün əməliyyata başlayıb.

İlkin versiyaya görə, körpələr gizli həyata keçirilən abortun qurbanları olub. Digər bir versiyaya görə, bu körpələrdən xəstəxanaların birində biomaterial kimi istifadə olunub və daxili orqanları çıxarılaraq başqa pasiyentlərə köçürülüb.

Hadisə yerində araşdırma aparan kriminalistlər isə belə hesab edirlər ki, uşaqlar vaxtından qabaq doğulublar. Onların bədəni uşaqlıqdaxili inkişafının 6-7-ci aylarına uyğundur.

Tibbi məhkəmə ekspertizasının keçirilməsi və ölüm səbəbinin araşdırılması üçün cəsədlər meyitxanaya göndərilib.