Ziya Məmmədov vətəndaşları qəbul edəcək

Ziya Memmedov

Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşlarla görüşəcək.

Xalq.az-ın Nəqliyyat Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nazir Ziya Məmmədov 28 fevral tarixində Goranboy şəhərində Nəqliyyat Naziri tərəfindən Bərdə, Tərtər, Yevlax və Goranboy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 26 fevral tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

Goranboy “19 saylı Yol İstismarı İdarəsi” (Goranboy şəhəri, M.Müşfiq küçəsi-1)
Yevlax “18 saylı Yol İstismarı İdarəsi” (Yevlax şəhəri, Nizami küçəsi-10)
Bərdə “28 saylı Yol İstismarı İdarəsi” (Bərdə rayonu, Qaradağlı kəndi)
Tərtər “29 saylı Yol İstismarı İdarəsi” (Tərtər şəhəri, H.Əliyev prospekti-96