Ən fəal seçki dairəsinin adı açıqlandı

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

XALQ,AZ xəbər verir ki, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər ikinci seçki dairəsidir.

Bu seçki dairəsində qeydiyyatda olan 51 min 117 seçicidən 35 min 135-i (68,73 faiz) artıq səsvermə hüququndan istifadə edib.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində qeydiyyatda olan 40 min 68 seçicidən 17 min 657-i (44,7 faizi) səsvermədə iştirak edib.

Qeyd edək ki, saat 15:00-a olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 milyon 227 min 817 nəfəri (60,74 faizi) səsvermədə iştirak edib.

 

 

Elgün