Ərdoğan ABŞ-da səfərdədir

 

erdogan 4 aprel

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Tramp ilə görüşmək üçün bu gün səhər Pekindən Vaşinqtona yola düşüb. Anadolu informasiya agentliyi xəbər verir ki, Ərdoğanı səfərdə ədliyyə, xarici işlər, iqtisadiyyat, enerji və təbii sərvətlər, milli müdafiə nazirləri müşayiət edirlər.

Türkiyə və ABŞ prezidentləri Vaşinqtonda təkbətək və geniş tərkibdə görüşlər keçirəcəklər. Rəcəb Tayyib Ərdoğanın ictimaiyyət təmsilçiləri və iş adamları ilə görüşləri də nəzərdə tutulur.