“Bakı 2017″oyunlar davam edir

 

islam

Mayın 15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının beşinci gününün oyunları başlayıb. SİA xəbər verir ki, günün birinci oyununda kişilərin mübarizəsində “A” qrupunda Türkiyə və Pakistan yığma komandaları qarşılaşır.

Saat 19:00-da keçiriləcək ikinci oyunda Türkiyənin qadın voleybolçulardan ibarət millisi ilə Qırğızıstan yığması üz-üzə gələcək.

Günün sonuncu qarşılaşmasında – saat 21:30-da “A” qrupunun oyunları çərçivəsində Qətər və Səudiyyə Ərəbistanının kişilərdən ibarət komandaları qarşılaşacaq.